Bəşşar Əsəd Rusiyada 9 maddəlik təkliflər paketini qəbul edib
22.11.2017 768 0.0 0

 BMT-nin Suriyada rəhbər olaraq tanıdığı Bəşşar Əsəd Rusiyada 9 maddəlik təkliflər paketini qəbul edib.

"Haber7"yə istinadən xəbər verilir ki, təkliflər arasında Konstitusiyaya və seçki sisteminə dəyişiklik, həmçinin ümumi əfv də var.

Türkiyə, Rusiya və İran Suriyanın 7 illik yol xəritəsi layihəsini hazırlayıb. Bu layihənin 19 maddəsi ilə bağlı razılıq əldə olunub. Sənədin 2018-ci il yanvarın 15-də təkmilləşdiriləcəyini tərəflər razılaşdırıb.

Soçi görüşündə razılaşdırılmayan iki məsələ də müzakirə olunacaq. Onlardan biri terrorçu PKK-nın Suriyadakı qolu PYD-nin gələcəyi və ABŞ-ın bu ölkədəki hərbi bazalarının taleyidir. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar