BƏLƏDİYYƏ QULLUQÇULARI HAQQINDA QANUNLAR YENİLƏNİR
05.02.2015 703 0.0 0

Azərbaycanda bələdiyyə qulluqçularının etik davranış qaydaları ilə bağlı yeni qanun  və bələdiyyə qulluğuna qəbul qaydaları dəyişdirilir.

 

Məlumata görə, bununla bağlı Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında “Bələdiyyə qulluğu haqqında” qanuna yeniliklər müzakirəyə çıxarılıb.


Layihəyə əsasən, qanunun 5-ci maddəsinin ikinci hissəsində “bələdiyyənin sədri birbaşa təyin edir” sözləri “bələdiyyənin müsabiqə komissiyasının qiymətləndirməsinin nəticəsinə uyğun olaraq bələdiyyənin sədri təyin edir” sözləri ilə əvəz edilib.

 

A.Rəhimzadə dəyişikliyi şərh edərək bildirib ki, bununla artıq bələdiyyə orqanına qəbulla bağlı qərarı bələdiyyə sədri verməyəcək, yeni yaradılacaq komissiya verəcək. O qeyd edib ki, bu düzəliş bələdiyyələrdə şəffaflığın artırılmasını və bələdiyyələrlə seçicilər arasında əlaqələrin daha da möhkəmləndirilməsini təmin edəcək.

 

 

Bildirək ki,bu  layihə də bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirəyə çıxarılıb.

 

Komitə sədri Arif Rəhimzadə bildirib ki, 2007-ci ildə dövlət qulluqçularının etik davranışı ilə bağlı qanun qəbul edilib və belə bir sənədin bələdiyyə qulluqçuları ilə də bağlı olması çox zəruridir.

 

Üç fəsil və 20 maddədən ibarət olan yeni qanunda bələdiyyə qulluqçularının xidməti davranış qaydaları, etik kodeksləri və intizam məsuliyyətləri göstərilib. Qanunda həmçinin bələdiyyə qulluqçularının etik davranış qaydalarına nəzarət qaydaları da əks olunub. Sənəd özündə ehtiva edilənləri pozulmasına görə məsuliyyəti də nəzərdə tutur.

 

Müzakirələrdən sonra qanun layihəsi plenar iclasa tövsiyə olunub. //APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar