AZAL -a yeni vitse-prezident təyin edilib- SƏRƏNCAM
24.02.2022 312 0.0 0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Samir Rzayev “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) vitse-prezidenti  təyin edilib.

Qazeta.info “AZAL”ın məlumatına əsasən bildirir ki. “AZAL”ın prezidenti Cahangir Əsgərov cümə axşamı “AZAL”ın yeni vitse-prezidenti Samir Rzayevi şirkətin kollektivinə təqdim edib.

⠀Cahangir Əsgərov qeyd edib ki, Samir Rzayev Azərbaycan Dövlət İqtisad Universitetini bitirdikdən sonra təhsilini Böyük Britaniyanın Durham Universitetində davam etdirmişdir. Həmin universitetdə “Maliyyə və investisiya” ixtisası üzrə magistr dərəcəsini almışdır.

“AZAL”ın prezidenti Samir Rzayevin yüksək peşəkar bacarığa malik olduğunu bildirərək, onun maliyyə sahəsində rəhbər vəzifələrdə böyük idarəçilik təcrübəsinin olduğunu qeyd etmişdir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar