Azad Suriya Ordusu Əl-Bab şəhərinə yaxınlaşıb
10.12.2016 717 0.0 0

Azad Suriya Ordusu Türkiyənin dəstəyilə Əl-Bab şəhərinə yaxınlaşıb.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Azad Suriya Ordusu bizim dəstəyimizlə Əl-Bab şəhərinə yaxınlaşıb. Qısa müddət ərzində burada əməliyyatın tamamlanması nəzərdə tutulur. Menbiç şəhərinə bizim ekspertlər və ABŞ əsgərlərindən ibarət dəstə göndərilib. YPG-nin Fərat çayının şərqinə keçdiyindən əmin olanadək səylərimizi davam etdirəcəyik”, - deyə M.Çavuşoğlu bildirib.

Türkiyə ordusu avqustun 24-dən Suriyanın şimalında İŞİD terrorçularına qarşı "Fərat qalxanı" əməliyyatını keçirir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar