Azad edilən ərazilərdə qoşunların fasiləsiz hərəkəti təmin edilir - VİDEO
17.01.2022 248 0.0 0

İşğaldan azad edilən Kəlbəcər və Laçın rayonlarında dislokasiya olunan qoşunların döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, o cümlədən bölmələrin fasiləsiz təminatının həyata keçirilməsi məqsədilə Azərbaycan Ordusunun Mühəndis Qoşunları tərəfindən yolların daima işlək vəziyyətdə qalması, qar örtüyündən təmizlənilməsi, eləcə də  dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqelərinə yeni təminat yollarının çəkilməsi üzrə fəaliyyətlər davam etdirilir.

Qazeta.info xəbər verir ki, bu haqda Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin verdiyi məlumatda deyilir.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar