AZƏRTAC-ın İdarə Heyətinə yeni sədr təyin edilib
16.03.2018 838 0.0 0

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Aslan Aslanov AZƏRTAC-ın İdarə Heyətinin sədri təyin edilib. 

 

Məlumata görə, digər sərəncamla Dağbəyi İsmayılov və Sevinc Abdullayeva İdarə Heyəti sədrinin müavinləri təyin olunublar. 
 
Qeyd edək ki, 2016-cı il noyabrın 24-də Prezident Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, “Dövlət orqanı” hüquqi statusuna malik Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) əsasında “Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)” publik hüquqi şəxs yaradılıb. 
 
2017-ci il dekabrın 19-da isə Prezident İlham Əliyev AZƏRTAC-ın Nizamnaməsi təsdiq edilib. Nizamnaməyə əsasən, AZƏRTAC-ın idarə edilməsi İdarə Heyəti tərəfindən həyata keçirilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar