Azərbaycanlılar «Microsoftu» heyran etdilər
01.08.2015 1276 0.0 0

Azərbaycanlı tələbələr ABŞ-da qalib oldular. ANS PRESS-in məlumatına görə, ABŞ-ın Sietl şəhərində “Microsoft” şirkətinin təşkil etdiyi “İmagine Cup 2015” müsabiqəsi baş tutub. 

Bu yarışmada ilk dəfə iştirak edən Azərbaycan komandası 2-ci yerə layiq görülərək 10 000 ABŞ dolları mükafat qazanıb. 

 


Qaliblər üçün nəzərdə tutulan mükafat


Beynəxalq yarışda ölkəmizi 4 gənc təmsil edib. Bunlar Ülviyyə Rüstəmova, Fidan Rüstəmova, Arif Mövsümzadə və Nizami İsmayılov. Onlar “İmagine Cup2015” yarışmasında “Nobs” komandası adı altında iştirak ediblər.


“Nobs” komandası: Arif Mövsümzadə, Ülviyyə Rüstəmova, Fidan Rüstəmova, və Nizami İsmayılov (soldan sağa)


Texnologiya aləminin ən nüfuzlu yarışması hesab edilən “İmagine Cup2015”-da həmyerlilərimiz münsiflər qarşısına kreativ lahiyə ilə çıxıblar. Komanda üzvləri “Spinal” adlanan kompleksi ilə uğur qazanıblar. 

 


“İmagine Cup 2015” 


“Spinal” qurğusu sağlamlığın yaxşılaşdırılması üçün nəzərdə tutulan bir texnologiyadır. Yeni ixtira onurğa sütununun vəziyyətinə nəzarət edən ötürücü dəstindən ibarətdir. Belə ki, qurğu istifadəçinin belini düzgün tutmayaraq onurğa sütununa mənfi təsir göstərdiyini müəyyən etdikdə “Bluetooth” vasitəsi ilə “Windows Phone” əməliyyat sistemi əsasında çalışan smartfona siqnal göndərir. Yenilik nəticəsində insanlar belini düz tutmaları haqda daimi xəbərdarlıq sistemi ilə təmin olunurlar. Lakin, qurğunun əsas məqsədi xəbərdarlıq deyil. 

“Spinal” həmçinin onurğa sütununun düzgün tutulması barəsində istifadəçiyə məsləhətlər verə bilir. İnsan sağlamlığının qorunması üçün nəzərdə tutulan qurğu “Nobs”u 33 komanda arasında fərqləndirib və komanda üzvlərinə “Microsoft” tərəfindən ABŞ-da startap-akselleratorlar qazandırıb. Startap gənç ixtiraçılara lahiyələrini həyata keçirmək üçün hər cür şərait yaradır.

“Microsoft Imagine Cup” müsabiqəsi yuxarı sinif şagirdləri və tələbələr üçün 2003-cü ildən etibarən keçirilir. Müsabiqə üç kateqoriya üzrə baş tutur: World Citizenship (dünya vətəndaşlığı, məhdudlaşdırılmış imkanlı insanlar üçün layihələr), Games (oyunlar) və Innovation (innovasiyalar). 

Azərbaycan da məhz innovasiyalar kateqoriyasında yer tutub. İnnovasiyalar sahəsində Braziliya birinci, Böyük Britaniya isə üçüncü yerə sahib olub./anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar