Azərbaycanlı zəvvarların Həcc qrafiki açıqlanıb
29.08.2016 770 0
Azərbaycanlı zəvvarların Həcc ziyarəti qrafiki açıqlanıb və dönüş tarixində dəyişiklik edilib.
Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, zəvvarlar sentyabrın 2-dən etibarən hava limanı ilə Həccə yola düşməyə başlayacaq. Sentyabrın 4-nə qədər hər gün iki reys yola salınacaq.
Ziyarətdən qayıdış isə əvvəlcə nəzərdə tutulduğu kimi, sentyabrın 18-də yox, 19-da başlayacaq. Zəvvarların dönüşü ayın 20-si, 21-i və 22-də davam etdiriləcək./apa/
Digər xəbərlər:
Şərhlər




