Azərbaycanlı əsirlərin 20 ildən sonra görüntüləri yayıldı - Video
22.10.2016 3274 0.0 0

Qazeta.info Musavat.com-a istinadla bildirir ki, Erməni separatçılarına əsir düşən azərbaycanlıların 1994-cü ildə çəkilmiş görüntüləri yayılıb.

Video kadrları Feysbukda “Karabakh War Pictures” səhifəsi paylaşıb. Səhifə görüntülərin üzərində bu sözləri yazıb: “Qarabağda ermənilər tərəfindən girov götürülən Azərbaycanlı savaş əsirləri ilə "xoş rəftar"...

Azərbaycanlı əsirlərin üz ifadələrinə baxsanız, ermənilərin onlarla çəkiliş xatirinə belə xoş davrandığını anlamaqda çətinlik çəkməyəcəksiniz. Ola bilsin, videoda kiminsə, itgin düşmüş qohumu-tanışı ola bilər. Ona görə yaxşı baxın. Bəlkə bu bir ümid olacaq.

Videoda əsirlərdən İdris Əhmədov və Vaqif Qəmbərov adlarının çəkildiyinin şahidi olacaqsınız”.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar