Azərbaycanlı Rusiya həbsxanasında hamını belə təəccübləndirdi
18.08.2015 1777 0.0 0

Rusiyanın tabeliyində olan Kabardino-Balkar Respublikasında azərbaycanlı məhbus saxta soyadla cəza çəkib.

Məlumata görə, Kabardino-Balkar prokurorluğu həmin faktla bağlı araşdıma aparıb. Məlum olub ki, Azərbaycan vətəndaşı olan kişi istintaq zamanı polisə saxta sənədin surətini verib. Lakin cinayətkarın nə həqiqi, nə də ki saxta adı açıqlanmır.

O, 2014-cü il aprelin 25-də 3,5 illiyinə azadlıqdan məhrum edilib. Məhkəmənin qəbul etdiyi qərar bu ilin may ayında qüvvəyə minib. Beləliklə, azərbaycanlı məhbus yaşadığı ünvana ən yaxın yerdə - Kabardino-Balkarda cəza çəkməyə göndərilib.

Burada olarkən iyun ayında müəyyən edilib ki, onun təqdim etdiyi sənəd özünə aid deyilmiş. O, müstəntiqə verdiyi pasportu Moskvada əldə etdiyini boynuna alıb. Azərbaycanlı məhbusun sözlərinə görə, o, pasportu təsadüfən tapıb. Daha sonra ona öz şəklini yapışdırıb və surətini çıxarıb. Pasportun əslini isə atıb.

Bundan sonra o, hər yerdə saxta sənədi təqdim edib. Onun törətdiyi cinayətlə bağlı araşdırma aparılan zaman istintaq aparan müstəntiqə də şəxsiyyətini təsdiq edən sənəd kimi saxta pasportunu göstərib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar