AZƏRBAYCANLI MİLYARDERƏ CİNAYƏT İŞİ AÇILDI
16.01.2015 1013 0.0 0

Azərbaycanlı milyarder Vahid Ələkbərovun adı yanacaq qaçaqmalçılığı və terrora dəstəkdə hallanır.

Məlumata görə, Ukrayna təhlükəsizlik xidməti “Lukoyl” və “Vetek” şirkətlərinə çirkli pulun yuyulması və terrorçuların maliyyələşdirilməsi ittihamları ilə cinayət işi qaldırıb. 

İttihama görə, "Lukoyl" vəzifəli şəxsinin 2013-2014 ili ərzində Feodosiy, Xersona, İsmayıl, Nikolayev və Odessa dəniz terminalları vasitəsilə, həmçinin Ukrayna qərb sərhədindəki nəzarət buraxılış məntəqələri vasitəsilə, eyni zamanda Belarusla sərhəd vasitəsilə ümumi dəyəri təxminən 2 milyard ABŞ dolları olan 2 milyon tondan çox olan neft məhsulu qaçaqmalçılığı həyata keçirib. 

Saxta müqavilələrlə qanunsuz alınmış gəlirlər müəssisələrin hesablarına köçürülüb. İddia ediliri ki, əldə olunan gəlirlər Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikası separatçılarının terror fəaliyyətinin maliyyələşdirilməsinə yönəldilib.//AnsPress


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar