Azərbaycanlı idmançı üçünçülüyə yiyələndi
14.06.2015 605 0.0 0
 

Böyük Britaniyanın 23 yaşa qədər olan triatlonçular arasında Avropa çempionu Qordon Benson Bilgəh Çimərliyində keçirilmiş kişilərin triatlon yarışını 1 saat 48 dəqiqə 31 saniyəyə başa vuraraq qızıl medala sahib oldu.

Onu portuqaliyalı rəqibi Joao Silva izlədi. Yarışı 1 saat 48 dəqiqə 42 saniyəyə başa vuran Silva son dövrədə qaliblə arasında olan 50 saniyəlik məsafəni xeyli azalda bildi.

Azərbaycanlı idmançı Rostislav Pevtsov yüksək çıxış nümayiş etdirərək yarışı üçüncü yerdə bitirdi və ölkəsinin hesabına növbəti bürünc medalı qazandı.

Ətraflı məlumat daha sonra.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar