Azərbaycanlı gənc beynəlxalq müsabiqədə ikinci yerə layiq görülüb
21.07.2017 948 0.0 0

Prezident təqaüdçüsü, Köln Ali Musiqi Akademiyasının məzunu pianoçu Toğrul Hüseynli İspaniyanın Qranada şəhərində keçirilən Pianoçuların VII Beynəlxalq Müsabiqəsində uğur qazanıb.

 

Qazeta.info APA-nın məlumatına əsasən bildirir ki, müsabiqəyə Azərbaycan, ABŞ, Rusiya, Böyük Britaniya, İspaniya, Fransa, İtaliya, Çin və digər ölkələrin məşhur pianoçular qatılıb.

 

Münsiflər heyəti isə İspaniya, Fransa, Rusiya, Braziliya və Maltanın tanınmış  musiqiçilərindən təşkil olunub. Azərbaycan təmsilçisi 23 yaşlı T. Hüseynli müsabiqədə ikinci yerə layiq görülüb. Müsabiqənin 1-ci dərəcəli laureatı rusiyalı məşhur pianoçu 35 yaşlı Evgeniy Stradubtsev, 3 cü dərəcəli laureatı isə P.İ.Çaykovski adına müsabiqənin laureatı 35 yaşlı Fyodor Amirov olub.

 

Toğrul Hüseynli açıqlamasında bir pianoçu kimi yetişməsində rolu olan müəllimlərinə, xüsusilə də gənc musiqiçilərin yaradıcılıqlarına daima dəstək olan Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyliyə təşəkkür edib, bu uğurun qazanmasının onların böyük əməyinin və dəstəyinin nəticəsi olduğunu vurğulayıb.

 

Qeyd edək ki, T. Hüseynli təhsil aldığı Köln Ali Musiqi Akademiyasını bu ilin iyun ayında bütün fənlər üzrə ən yüksək nəticə olan 1.0 - la tamamlayıb və Avstriyanın Salzburq şəhərindəki Motsarteum Universitetinin doktorantura pilləsinə daxil olub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar