Azərbaycanlı bacı-qardaş Obamanı heyrətləndirdi (VİDEO)
26.03.2015 773 0.0 0

Amerika Birləşmiş Ştatlarında Tələbələrin II Film Festivalı öz işini başa vurub. Qazeta.info Anspress-in məlumatına əsasən bildirir ki, Ağ Ev tərəfindən təşkil edilən festival, bu il “Cəmiyyətə qulluq və yardım” devizi altında keçirilib. 

Təqdirəlayiq haldır ki, ABŞ şagirdləri üçün nəzərdə tutulan bu qısametrajlı film festivalında ilk dəfə olaraq Azərbaycandan olan şagirdlər də öz filmləri ilə iştirak ediblər. Bakı şəhəri Avropa Azərbaycan məktəbində təhsil alan bacı-qardaş Tural (3-cü sinif şagirdi) və Fidan (2-ci sinif şagirdi) Abdullanın festivala təqdim etdikləri film orada çox böyük maraqla qarşılanıb. Azərbaycanlı məktəblilərin və münsiflər heyəti tərəfindən xüsusi fəxri fərmana layiq görülüb. 

Filmdə məktəblilərimiz 2008-ci ilin noyabrında prezident seçkilərində uğur qazanan Barak Obamanın Çikaqoda kütlə qarşısında söylədiyi qələbə nitqindən bir parçanı canlandırıblar. Həvəskar kamera ilə çəkilməsinə baxmayaraq, Turalla Fidanın filminə uğur qazandıran əsas amil, onların öz istedadlarını ingiliscə çox mükəmməl formada nümayiş etdirmələri olub.

Festivalda şəxsən iştirak edən Barak Obama öz açılış nitqində azərbaycanlı məktəblilərin işini xüsusi qeyd edib. 

Ağ Evdə keçirilən Tələbələrin II Film Festivalı barədə ətraflı məlumatı bu linklərdən ala bilərsiz: 

<<< This Year's Festival

<<< Remarks by the President at White House Student Film Festival

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar