Azərbaycanlı ailədə 13-cü uşaq-FOTO
18.08.2015 624 0.0 0
 

 

Bərdənin Cəyirli kəndində yaşayan İsgəndərovlar ailəsində 13-cü körpə dünyaya göz açıb. 

Məlumata görə 1996-ci ildə ailə həyatı quran Taleh və Tünzalə İsgəndərovların ilk övladlarının 17 yaşı var. 

Çoxuşaqlı ailə olmağı əvvəlcədən planlaşdırmadıqlarını deyən ailə başçısı övladlarını Allahın verdiyi pay adlandırır. Allah yaratdığı hər qulun ruzisini də verir- deyən ata dolanışıqlarından narazı deyil. 

12 ildir şəhərarası mikroavtobus sürücüsü işləyən Talehin sözlərinə görə uşaqların sayı artıqca ailənin qayğıları da artıb. Onlar daha böyük ev tikmək üçün Bərdə şəhərindəki evlərini sataraq yaxınlıqdakı Cəyirli kəndinə köçüblər. Ailə başçısı heç bir kömək olmadan öz qazancı ilə 6 otaqlı ev tikib. Ayda 800-900 manat gəliri olan ailə indiyə qədər heç bir qurumdan yardım almayıb. Lakin bu ailə başcısı üçün problem deyil. Atanın tək qayğısı bəzən öladlarının adını qarışdırmasıdır.Təkcə böyük oğlu və həyat yoldaşından başqa o biri uşaqların adlarını Taleh tez-tez səhv salır.

 


İsqəndərovlar ailəsində 7 oğlan 6 qız uşağı böyüyür


Övladların tərbiyəsi ilə Tünzalə xanım tək məşğul olur. Uşaqlarından razı olan ana deyir ki, bəzən oğlanları arasında yüngül dava dalaş olur. Ailənin ən nadinc övladının 14 yaşlı Yusif olduğunu desələr də 1 yaşlı Raqub dəcəllikləri ilə qardaşından geri qalmır. 

Tünzalə xanım əvvəllər uşaqların dərsləri ilə özü məşğul olduğunu deyir. Lakin sayları artıqca qadının buna vaxt qalmayıb. Kiçik qardaş-bacıların dərslərinə kömək etmək ailənin böyük qızı 15 yaşlı Saranın üzərinə düşüb. Ana isə ancaq məişət qayğıları ilə məşğul olur. Axı hər gün 15 nəfərlik ailənin yeməyini hazırlamaq asan iş deyil. Allaha şükür edən Ailənin xanımı deyir ki, ailə üzvlərinin sayına görə qazan da böyükdür. 


Evin xanımı mətbəxdə

7 oğul, 6 qız anası olan Tünzalə xanıma rəsmi olaraq qəhraman ana statusu verilməsə də o, həyat yoldaşının gözündə qəhrəman anadır. 

İlk övladlarını bu il hərbi xidmətə göndərəcək valideynlər uşaqların sayının bundan sonra artıb artmayacağını qərarlaşdırmayıb. 

Hər şey Allahın işidir deyən ata–ananın sonbeşiyi Mehriban isə hələlik 12 bacı-qardaşı olmasından xəbərsizdir./anspress/


Körpə Mehriban anasının qucağında

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar