Azərbaycanlı `Fedya`nın dəstəsi ələ keçdi: Bu şəhəri qorxu altında saxlayıblar
22.11.2021 494 4.0 0

Rusiyanın Tver vilayətinin Kimrı şəhərində azərbaycanlılardan ibarət mütəşəkkil cinayətkar qruplaşmanın üzvləri həbs edilib.

Məlumata görə, dəstə üzvləri reketçilik, quldurluq, soyğunçuluq və narkotik alverində günahkar bilinirlər. 

Məlumata görə, dəstəyə “Fedya” ləqəbli Əliyev Firudin Tahir oğlu rəhbərlik edirmiş. Dəstə illərdir Kimrı şəhərini qorxu altında saxlayırmış.

Axtarış zamanı onların yaşadığı mənzillərdən külli miqdarda silah, avtomobil qaçırmaq üçün xüsusi düzəldilmiş alətlər, saxta pasportlar götürülüb.

Xəbərdə o da deyilir ki, saxlanılanlar əksəriyyəti əvvəllər məhkum həyatı yaşayıblar. Onları yerli hüquq-mühafizə orqanlıarının himayət etdiyi də bildirilir. Hazırda bu istiqamətdə araşdırma aparılır./lent.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar