Azərbaycanla sərhəddə erməni hərbçisi ağır yaralandı
11.07.2016 848 0.0 0

Ermənistanın Tavuş vilayətində Azərbaycan-Ermənistan sərhədində bu gün günorta saatlarında Ermənistan ordusunun hərbi qulluqçusu yaralanıb.  "Novost-Armeniya" saytına istinadən verilən məlumata görə, yaralanan İrəvan sakini Tiqran Vaçaqanoviç Mkrtçyan olub. 

Hərbi qulluqçu Noyembryan şəhərinin tibb mərkəzinə çatdırılıb, onun vəziyyəti sabit ağır kimi qiymətləndirilir. 

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, "hərbçi qarşı tərəfin qülləsinə tuş gəlib."


Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, iyulun 10-da erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 12 dəfə pozub.

Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar