Azərbaycanın XİN rəhbəri Vaşinqtonda həmsədrlərlə görüşüb
20.06.2019 537 0.0 0

Vaşinqtonda rəsmi səfərdə olan Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov hazırda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Qazeta.info "Report"-a istinadla xəbər verir ki, bunu öz "Twitter" səhifəsində XİN-in mətbuat katibi Leyla Abdullayeva yazıb.

"Hazırda Xarici İşlər naziri Elmar Məmmədyarov Vaşinqtonda ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov, Endryu Şofer, Stefan Viskonti və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşiklə görüşür", - deyə o qeyd edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar