Azərbaycanın Xalq artisti dünyasını dəyişdi - VİDEO
06.09.2015 1318 0.0 0

Azərbaycanın xalq artisti, görkəmli aktyor İlham Əsgərov qəflətən dünyasını dəyişib.

Qazeta.info bildirir ki, bu barədə ATV.az-a İlham əsgərovun yaxın qohumu müğənni Rövşən Əziz məlumat verib:

"Yarım saat öncə dünyasını dəyişdi. Qəflətən infarkt keçirdi. Xəstəxanaya aparılan zaman yolda vəfat etdi"

Qeyd edək ki, İlham Əsgərov 3 sentyabr 1958-ci ildə anadan olub. 1982-ci ildən Akademik Milli Dram Teatrının aktyorudur.

İlham Əsgərov 28 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 15 may 2006-cı ildə Xalq Artisti fəxri adlarına layiq görülüb. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülüb.

Allah rəhmət etsin!

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar