AZƏRBAYCANIN ŞİMAL BÖLGƏSİNDƏ ZƏLZƏLƏ OLUB, ZİYAN VAR
26.01.2015 699 0.0 0

Şimal bölgəsində baş verən zəlzələ zamanı bir sıra evlərdə çatlar yaranıb, əhali təşviş içindədir.

Məlumata görə, Azərbaycan Respublikası Seysmoloji Mərkəzinin Şabran rayonunun Hacı İsgəndər kəndindəki nümayəndəsi Tahir Xəlilov bildirib ki, yaxın günlərdə növbəti belə təkanlar gözlənilımir.

Xatırladaq ki, bu gün yerli vaxtla saat 07.30.03-də Qubadan 27 km cənub-şərqdə, yerin 37 km dərinliyində təkanlar qeydə alınıb. Təkanlar episentrdə 5 bala yaxın, yaşayış məntəqələrində 3-4 bala qədər hiss olunub. Növbəti dəfə yeraltı təkanlar bu gün səhər saat 09:36-da Qubadan 31 km cənub-şərqdə, Şabran rayonu ərazisində yerin 7 km dərinliyində, 3,5 bal gücündə olub.//AnsPress


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar