Azərbaycanın ikinci peykinin orbitə buraxılacağı TARİX
13.03.2018 823 0.0 0

Azərbaycanın "Azerspace-2/Intelsat" 38 ikinci geostasionar peykinin buraxılışı aprelin 30-a planlaşdırılıb.

 

Bu barədə etibarlı mənbədən məlumat verilib.

Peyk Cənubi Amerikanın şimal-şərqində yerləşən Kuru kosmodromundan "Ariane 5 ECA" raketdaşıyıcısı vasitəsilə orbitə buraxılacaq.

Qeyd edək ki, "Azerspace-2/Intelsat 38"in xidmət dairəsinə Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Afrika ölkələri daxildir.

Xatırladaq ki, Azərbaycanın ilk peyki "Azerspace/Africasat-1" 2013-cü ilin fevralında orbitə buraxılıb./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar