Tarix: 09.12.2016,   Saat: 02:01, Cümə.          

Azərbaycanın 2017-ci il üzrə büdcə zərfi Milli Məclisə təqdim olunub

Azərbaycan Respublikasının 2017-ci il üzrə dövlət büdcə zərfi Milli Məclisə təqdim olub.
 
Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, büdcə zərfi əvvəlcə ictimai müzakirəyə təqdim olunaraq, sonra plenar iclasa tövsiyyə olunması üçün komitələrin iclasına təqdim olunacaq.
 
Büdcə zərfinə “Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında” qanunları, Milli Məclisin və Hesablama Palatasının 2017-cı il üçün xərclər smetaları daxildir./apa/



  Bölmə: Gündəm | Baxış sayı: 511 | Tarix: 15.11.2016, 16:55


Xəbərlər