Azərbaycanın 14 rayonunda 27 yaşayış məntəqəsinin adı dəyişdirilir - SİYAHI
04.12.2017 2373 0.0 0

Azərbaycan Milli Məclisi yanında Toponimiya Komissiyasının növbəti iclası keçirilib.

Xəbərə görə, Komissiyanın sədri İsa Həbibbəyli bildirib ki, ölkənin 1 şəhərindən və 14 rayonundan bəzi yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi ilə əlaqədar icra hakimiyyətlərinin müraciətləri Toponimiya Komissiyasına daxil olub.

Həmin müraciətlərdə, həmçinin addəyişmə məsələsi ilə bağlı yerli əhalinin keçirdiyi yığıncaqların protokollarında bu komissiyadan, ümumilikdə, 27 yaşayış məntəqəsinin adının dəyişdirilməsi təklifinə rəy verilməsi xahiş olunub.

Azərbaycan dilinin qloballaşma şəraitində istifadəsi və inkişafına, saflaşdırılması və zənginləşdirilməsinə göstərilən dövlət qayğısından söz açan İ.Həbibbəyli Azərbaycanda bu istiqamətdə müxtəlif qurumlarda görülən işlərdən bəhs edib. O bildirib ki, yer adları ya tarixi adın, ya da yerli toponimin bərpası prinsipi ilə dəyişdirilə bilər.

Sonra iclasda Yevlax şəhərindəki, Ağsu, Astara, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Qazax, Quba, Masallı, Oğuz, Saatlı, Samux və Şəmkir rayonlarındakı bəzi yaşayış məntəqələrinin adının dəyişdirilməsinə dair təkliflərə baxılıb. İşgüzar müzakirələrdə dilçi alimlər, Toponimiya Komissiyasının üzvləri, deputatlar ətraflı fikir mübadiləsi aparıblar. Əsasən çar Rusiyası dövründə və sovet hakimiyyəti illərində dəyişdirilmiş yer adlarının əvvəlki tarixi adlarla əvəzlənməsi, həmçinin XX əsrdə sovet ideologiyasının daşıyıcısı olan şəxslərin adları ilə adlandırılmış məntəqələrin yerli toponimlərlə adlandırılması məqsədəuyğun sayılıb. Bir təklif yenidən baxılmaq üçün müvafiq icra hakimiyyətinə qaytarılıb./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar