Azərbaycandakı dəhşətli qəzadan görüntülər (VİDEO+18)
25.03.2015 725 0.0 0

Bu gün Mingəçevirdə baş verən dəhşətli yol qəzasının videosu yayılıb. Hadisə yerindən çəkilən videoda göründüyü kimi qəza zamanı “Daewoo” markalı sərnişin avtobusu aşıb.

Hadisə zamanı avtobusla toqquşan VAZ 2108 markalı minik maşını da əzilib.

Mingəçevir rayon polis şöbəsindən verilən məlumata görə, Mingəçevir avtovağzalı yaxınlığında 8 nömrəli sərnişin avtobusu yüksək sürətlə hərəkət edərkən minik maşınına çırpılıb.

Qəza zamanı 3 nəfər ölüb, 12 nəfər yaralanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlar əməkdaşları, xilasedicilər və həkimlər cəlb olunub.

İlkin məlumata görə, hadisəyə sərnişin avtobusunun yüksək sürətlə hərəkət edərkən dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub.

Millət vəkili Aydın Mirzəzadə qəza barədə Facebook sosial şəbəkəsində yazıb. Millət vəkili ölən və yaralıların sayının artmadığını bildirib. Onun sözlərinə görə, qəza zamanı avtobusda 25 sərnişin olub. Avtobusun sürücü isə xəsarət almayıb./anspress/

Faktla bağlı araşdırma aparılır.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar