Azərbaycanda yüksək vəzifəli məmur qəzaya düşdü: Arvadı və sürücüsü öldü- Yenilənib
25.11.2019 722 0.0 0

Qaradağ rayonu ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Qazeta.info Oxu.az-a istinadla xəbər verir ki, maşın Tovuz Rayon İcra Hakimiyyətinin birinci müavini Rəşad Zeynalova məxsus olub.

Hadisə zamanı R.Zeynalovun həyat yoldaşı Əminə Zeynalova və onun sürücüsü Rövşən Cabbarov ölüb.

Maşında olan R.Zeynalov və onun oğlu ağır yaralanıb.

Qeyd edək ki, gecə Qaradağ rayonunda “Hyundai” markalı avtomobil yol kənarına aşıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1969-cu il təvəllüdlü Cabbarov Rövşən Sabir oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

*****

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonunda “Hyundai” markalı minik avtomobili yol kənarına aşıb.

Qazeta.info FHN-in məlumatına əsasən bildirir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1969-cu il təvəllüdlü Cabbarov Rövşən Sabir oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər;


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar