Azərbaycanda yetkinlik yaşına çatmayanların məcburi əməyə cəlb edilməsi aşkarlanıb
10.01.2017 848 0.0 0

2016-cı ildə 2 işə götürən tərəfindən 15 yaşına çatmamış şəxslərin işə cəlb edilməsi faktı aşkar edilib. Bu barədə  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin böyük məsləhətçisi Pərviz Əliyev bildirib.
 
Onun sözlərinə görə, hər iki qanun pozuntusu ilə bağlı işə götürənlər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 2000 manat məbləğində inzibati cərimə tətbiq olunub. 
 
P. Əliyev qeyd edib ki, yerli icra hakimiyyəti orqanlarının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən uşaqların əməyə cəlb olunması ilə əlaqədar ictimai-iaşə müəssisələrində, ailə təsərrüfatlarında reydlər mütəmadi keçirilir: “Azərbaycan konstitusiyası və qanunvericilik aktlarına əsasən 15 yaşdan yuxarı şəxslər məşğulluğa cəlb edilə bilərlər. Lakin bu halda işə götürən tərəfindən uşağın sağlamlığına, təhsilinə mane törədilməməlidir. Ümumiyyətlə, məcburi əmək insan alverinin bir növüdür”. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar