Azərbaycanda yeni turizm zonaları yaradılacaq
10.01.2022 301 0.0 0

Azərbaycanda yeni turizm və rekreasiya zonaları yaradılacaq.

Məlumata görə, bu barədə məsələ 2022-ci il yanvarın 1-dən qüvvəyə minən “Turizm haqqında” qanunda öz əksini tapıb.

Qanuna əsasən, turizm və rekreasiya zonaları bu zonaların yaradılması üçün əlverişli olan ərazilərdə dövlət turizm orqanının təklifi əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elan olunur. Turizm və rekreasiya zonalarının nümunəvi əsasnaməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.

300 nəfərdən çox tutumu olan turizm və rekreasiya obyektlərinin layihələrinə dair “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar