Azərbaycanda xərçəngdən əziyyət çəkən jurnalist dünyasını dəyişib
19.12.2015 518 0.0 0

ANS TV-nin Xəbərlər Xidmətinin baş redaktoru Murad Hüseynovun həyat yoldaşı, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən jurnalist Gülər Məmmədova vəfat edib.

Qazeta.info “Report”un xəbərinə istinadən bildirir ki, bu barədə M.Hüseynov məlumat verib.

O, G.Məmmədovanın Quba rayonunda dəfn ediləcəyini bildirib.

Uzun müddətdir qan xərçəngindən əziyyət çəkən Gülər Məmmədova Türkiyədə müalicə olunmuşdu.

Onun iki azyaşlı övladı var.

Allah rəhmət eləsin!

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar