Azərbaycanda təkrar seçkilər baş tutdu
19.06.2016 630 0.0 0

İyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin ilkin nəticələri açıqlanıb.
Məlumata görə, ilkin nəticələrə əsasən, Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanov 19 674 (85, 56%) səslə rəqiblərini üstələyib.

Təkrar seçkilərdə 7 namzəd mübarizə aparıb. Səsvermədə 40 203 seçicidən 23292 nəfəri iştirak edib. Dairə üzrə 40 məntəqənin hamısı hesabat verib.

Təkrar seçkilərlin yekunları ilə bağlı Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov mətbuat konfransı keçirib.

MSK sədri bildirib ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər baş tutmuş hesab edilə bilər.

Onun dediyinə görə, seçkiləri 740-dan artıq yerli və beynəlxalq müşahidəçi izləyib. M.Pənahov seçkilərlə bağlı hər hansı şikayətin daxil olmadığını bildirib.

Onun sözlərinə görə, Avropa Şurası Parlament Assambleyasının müşahidəçiləri də seçkinin şəffaf keçirildiyini bildiriblər./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar