Azərbaycanda şagirdlərin 7 faizi siqaret çəkir
19.12.2019 159 0.0 0

"Azərbaycanda tütündən istifadənin səviyyəsinin hələ də yüksək olmasına baxmayaraq, ÜST-ün məlumatlarına əsasən, tütünçəkmə səviyyəsində azalma müşahidə edilir".

Qazeta.info ''Report'' -a istinadla xəbər verir ki, bunu ''Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları'' mövzusunda II Milli Konfransda İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev deyib.

O bildirib ki, böyüklər arasında passiv tütünçəkmə göstəricilərində bir qədər azalma müşahidə olunsa da, rəqəmlər hələ də yüksəkdir: "Əksər hallarda insanların tütün çəkməsi yeniyetmə yaşlarında başlayır. Azərbaycanda keçirilmiş tədqiqatlar göstərir ki, 13-15 yaşlı məktəblilərin 10 faizi nə vaxtsa siqaretin dadına baxıb, 7 faizi hələ də siqaret çəkir. Diqqət edilməli məqam odur ki, siqaret çəkənlərin üçdə biri bunu 10 yaşadək edib. Deməli, tədqiqatlar erkən yaşları əhatə etməlidir".

T.Musayev qeyd edib ki, Azərbaycanda siqaret çəkməyənlərin 29 faizi evdə, 41 faizi isə qapalı ictimai yerlərdə tütünün təsirinə məruz qalır: "Təəssüf ki, bu göstəricilər 5 il ərzində 50 faiz artıb. Bütün bu faktlar ictimai yerlərdə "Tütünçəkmənin məhdudlaşdırılması haqqında" qanunun diqqətlə yerinə yetirilməsini tələb edir. Tütünlə mübarizədə effektiv yollardan biri tütün vergilərinin artırılmasıdır. Azərbaycanda tütün vergiləri orta hesabla 7 faiz artıb. Yanvarın 1-dən bu rəqəm bir daha artacaq".


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar