Azərbaycanda qatar yandı
16.06.2015 683 0.0 0

Azərbaycanda yük qatarı yanıb. 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Şəmkir rayonunun Zəyəm qəsəbəsində (rayon mərkəzindən 20 km aralı) qeydə alınıb.

Şəmkir-Qazax istiqaməti ilə hərəkətdə olan 35 vaqondan ibarət yük qatarının bir vaqonunda yanğın baş verib. Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə xidmətinin əməkdaşları, yanğınsöndürənlər və xilasedicilər cəlb olunub.

Vaqonun qalan hissəsi və digər qatarlar yanğından mühafizə olunub. Yanğın saat 11:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırmalar aparılır./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar