Azərbaycanda qarın ağırlığına tab gətirməyən ev uçub
14.02.2017 764 0.0 0

Masallıda yaşayış evi uçub.

Qazeta.info APA-nın verdiyi məlumata əsasən bildirir ki, hadisə rayonun Dəlləkli kəndində qeydə alınıb.

Kənd sakini, 1958-ci il təvəllüdlü Məmmədyar Mehdiyevə məxsus birmərtəbəli ev qarın ağırlığına tab gətirməyib, evin arxa divarı uçub.

 

Evdə 26 nəfərin yaşadığı bildirilir.

 

Hadisə nəticəsində xəsarət alan olmayıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar