Azərbaycanda qan donorlarıda aşkarlanan infeksiyanın həddi açıqlanıb
04.03.2016 548 0.0 0

“Hazırda Mərkəzi  Qan Bankında kifayət qədər qan var. 2010-cu ildə 46 min donor  olmuşdusa, 2015-ci ildə bu rəqəm 75184 nəfər təşkil edib. Bu da 61 faiz artım deməkdir”.
 
Məlumata görə, bunu Mərkəzi Qan Bankının baş həkimi Pərvanə Hacıyeva deyib.
 
Qan götürülərkən donorlardan qanın 4 xəstəlik üzrə yoxlandığını deyən P.Hacıyeva qeyd edib ki, bunlara sifilis, QİÇS, Hepatit C və Hepatit B aiddir.
 
Onun sözlərinə görə, hər il olduğu kimi ötən il də donorlarının 7-8 %də infeksiya aşkarlanıb. Baş həkim əlavə edib ki, Azərbaycanda III və IV qrup donorlar azdır: “Bu da həmin qrupdan olan xəstələrin az olması ilə bağlıdır. Bu gün ölkəmizdə müsbət  I və II qrup qanlara daha çox ehtiyac var. Çünki bu qan qruplarından olan xəstələr çoxluq təşkil edir”.
 
Qanın saxlanması gəlincə, P. Hacıyeva bildirib ki, bütün dünyada olduğu kimi  Azərbaycanda da qan 42 günə kimi saxlanıla bilər. Qan Bankında xüsusi şəraitin yaradıldığını deyən baş həkim qeyd edib ki, qanlar müsbət 2 və müsbət 5 dərəcə temperaturlu soyuducuda saxlanılır. Qanın plazma hissəsi isə 24 aya qədər xüsusi dondurucularda saxlanılır./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar