Azərbaycanda qəza törədən sürücülər arasındakı dava ölümlə nəticələndi
17.01.2018 775 0.0 0

 Xızı rayonunda qətl ilə nəticələnən yol qəzası baş verib.

Məlumata görə, hadisə bu gecə Xızı-Sumqayıt yolunda qeydə alınıb.

1980-ci il təvəllüdlü Cəfərov Vamiq Süleyman oğlu idarə etdiyi avtomobil ilə digər maşının arxa hissəsinə çırpılıb. Vurulan maşının sürücüsü (hələlik ad-soyadı açıqlanmır) qəzaya görə, V.Cəfərovla əlbəyaxa olub. Dava zamanı o, V.Cəfərovun sinə nahiyəsinə bıçaqla xəsarət yetirib. Nəticədə vurulan şəxs hadisə yerində ölüb.

Faktla bağlı Xızı Rayon Prokurorluğunda cinayət işi başlanılıb./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar