Azərbaycanda polisin qulağını kəsdilər
28.04.2022 369 0.0 0

Aprelin 27-i saat 16 radələrində Göyçay rayonunun Bığır kəndi ərazisində  rayon polis şöbəsinin əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Qazeta.info Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, araşdırmalarla müəyyən edilmişdir ki, qeyd edilən tarixdə Bığır kənd sakini Nursoltan Məmmədov rayon icra hakimiyyəti başçısının Bığır kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasına gələrək mübahisə yaratmış, bu zaman onu sakitləşdirməyə çalışaraq nizam-intizama dəvət edən RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin  polis sahə rəisi  Şahin Xalidovun qanuni tələblərinə məhəl qoymayaraq inzibati binanın divarına bərkidilmiş lövhəni sındıraraq həmin lövhənin bir hissəsi ilə sonuncuya vurması nəticəsində Şahin Xalidov sol qulaq seyvanının səthi kəsilmiş yarası xəsarət almışdır.
Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Nursoltan Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Cinayət işi üzrə istintaq davam edir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar