Azərbaycanda polis əməkdaşı elə bir əməl törətdi ki...
10.10.2017 1378 0.0 0

Faktla bağlı cinayət işi başlayıb, araşdırma aparılır

 

 

Dünən axşam saatlarında Şəki rayonunda faciə baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, rayonun Turan qəsəbə sakini, 1978-ci il təvəllüdlü Həsrət Fəxrəddin oğlu Əliyevin meyiti yaşadığı ünvanda asılmış vəziyyətdə yaxınları tərəfindən aşkarlanıb.

Dörd uşaq atası olan Həsrət Əliyevin intihar etdiyi məlum olub. Bildirilir ki, polis çavuşu Həsrət Əliyev DİN-in Şəki Şəhər-Rayon Polis Şöbəsinin Sarıca Polis Bölməsində işləyib.

İntiharın hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.



 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar