Azərbaycanda poçt müdiri itkin düşüb
14.06.2015 717 0.0 0

Salyan sakini, II Varlı kənd poçt məntəqəsinin müdiri itkin düşüb.

İtkin düşən şəxsin ailəsindən  bildirilib ki, Salyan rayonu II Varlı kənd sakini, 1962-ci il təvəllüdlü Cəfərov Əyyub Hidayət oğlu iyun ayının 1-də evdən çıxıb, geri qayıtmayıb. Yaxınları Ə. Cəfərovun itkin düşməsi barədə Salyan Rayon Polis Şöbəsinə məlumat veriblər. Axtarışlar isə hələlik heç bir nəticə verməyib.

Bildirilir ki, II Varlı kəndinin poçt məntəqəsinin müdiri olan Ə. Cəfərov son aylar psixo-nevroloji problemlərdən müalicə alıb./apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar