Azərbaycanda paracüdo üzrə dünya çempionatı keçiriləcək
22.12.2021 411 0.0 0

2022-ci ildə paracüdo üzrə dünya çempionatı Bakıda keçiriləcək.

Azərbaycan Milli Paralimpiya Komitəsinin Mətbuat Xidmətindən (MPK) verilən məlumata görə, yarış 7 - 9 noyabrda təşkil olunacaq.

Mundial MPK-nın təşkilatçılığı və Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə gerçəkləşəcək. Dünya çempionatında 40-dan çox ölkənin idmançılarının iştirakı gözlənilir.

Yarış 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək XVII Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandıracaq.

Qeyd edək ki, dünya çempionatından öncə beynəlxalq həkimlərin iştirakı ilə idmançılar üçün tibbi təsnifat keçiriləcək./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar