Azərbaycanda növbəti dəfə mikroavtobus qəzaya uğrayıb, 15 nəfər xəsarət alıb
13.03.2018 954 0.0 0

Bu gün səhər saatlarında Şirvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

 

Qazeta.info APA-nın xəbərinə əsasən bildirir ki, Şirvan-Salyan marşrutu üzrə hərəkət edən mikroavtobusla “Şirvan oil”ə məxsus xüsusi qurğulu “KamAZ” markalı yük maşını toqquşub.

 

Nəticədə mikroavtobusda olan 15 sərnişin müxtəlif bədən xəsarətləri alıb. Onlar xəstəxanaya çatdırılıblar.

 

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar