Azərbaycanda növbəti ailə faciəsi- ev uçdu bacilardan biri öldü biri isə yaralandı
16.09.2016 800 0.0 0

 

Gəncədə bədbəxt hadisə baş verib.

 

Məlumata görə, şəhərin "Vtoroy çast" deyilən ərazisində divar uçub, 18-20 yaşlarında iki qız dağıntıların altında qalıb.

 

Bildirək ki, Gəncədə divarın uçması nəticəsində ölən və xəsarət alan qızların bacı olduqları müəyyənləşib.

 

Məlumata görə, evin divarının uçması nəticəsində dağıntılar altında qalaraq ölən şəxs 2002-ci il təvəllüdlü İsmayılova Sona Osman qızı, xəsarət alan isə onun bacısı, 2001-ci il təvəllüdlü İsmayılova Mehparə Osman qızıdır.

 

Evin divarının hansı səbəbdən uçduğu hələlik məlum deyil./apa/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar