Azərbaycanda nazir qardaşının qudasını qətlə yetirən şəxsə AĞIR CƏZA
15.12.2015 531 0.0 0

Məhkəmənin hökmü ilə Eynulla Hacıyev 18 il müddətinə azadlıqdan məhrum edilib 
 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən 1967-ci il təvəllüdlü Eynulla Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Qazeta.info Lent.az-ın  məlumatına əsasən bildirir ki,  hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə nitqi deyib. O, çıxışında Eynulla Hacıyevin öldürmək kimi bir niyyətinin olmadığını vurğulayıb. O, məhkəmədən onun barəsində verilən Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29.120.2.7(. iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə) maddələrin 120.1 ( qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini istəyib.

Təqsirləndirilən şəxsə son söz demək təklif olunub. Eynulla Hacıyev  adam öldürmək kimi bir niyyətinin olmadığını bildirib.

Hakimlər kollegiyası hökm qəbul etmək üçün müşavirəyə gedib.

Məhkəmənin hökmü ilə Eynulla Hacıyev 18 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə dövlət ittihamçısı Eynulla Hacıyevin 20 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən istəyib.

Qeyd edək ki,  bu il iyunun 30-da Qusar rayonunun Çiləgir kəndində qətl törədilib. Bakı şəhər sakini, iş adamı 70 yaşlı Ramiz Gülməmməd oğlu Vəliyev odlu silahla qətlə yetirilib.

Yerli sakinlər R.Vəliyevin Eynulla Hacıyev adlı kənd sakini tərəfindən namus üstə öldürüldüyünü bildirir. Hadisə biznesmen Ramiz Vəliyevin Çiləgir kəndindəki villasında baş verib. Eynulla Hacıyev bu villada gözətçi, onun baldızı isə qulluqçu işləyirmiş. O, qətli də baldızının şərəfini qorumaq üçün törədib.

Sakinlər sözlərinə görə, Eynulla Hacıyev içki düşkünü olduğu da bildirilir. Elə buna görə, hadisədən bir neçə ay əvvəl elə içki düşkünü olduğuna görə, işdən qovulub.

Eynulla Hacıyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 29.120.2.7(. iki və ya daha çox şəxsi öldürməyə cəhd etmə), 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 229.1(olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etmə) maddələri ilə cinayət işi başlanıb.

Onu da qeyd edək ki, qətlə yetirilən Ramiz Vəliyev nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Nəriman Məmmədovla quda olub. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar