Azərbaycanda müflis olan bank 30 gün ərzində satılacaq
06.10.2015 631 0.0 0

Bu gün Milli Məclisin plenar iclasında "Banklar haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Məlumata görə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, mövcud qanuna bank aktivlərinin açıq hərrac yolu ilə satılması bankın müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq keçirilməsi ilə bağlı yeni maddənin əlavə olunması təklif edilir.
 
Qanun layihəsi səsə qoyularaq qəbul edilib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar