Azərbaycanda mikroavtobus aşıb, 12 nəfər xəsarət alıb
08.08.2016 521 0.0 0

Salyan-Bakı marşrutu üzrə işləyən mikroavtobus aşıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan-Neftçala magistralının Ərəbqardaşbəyli ərazisindən keçən hissəsində sərnişin daşıyan mikroavtobus yoldan çıxaraq aşıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 12 nəfər müxtəlif dərəcəli bədən xəsarətlərləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar