Azərbaycanda maliyyə amnistiyasının elan olunması təklif edilir
22.11.2017 805 0.0 0

"Azərbaycanda maliyyə amnistiyasının elan olunması məqsəduyğundur. İnsanlar devalvasiyadan əziyyət çəkiblər. Bu problemi həll etmək lazımdır. Amnistiya olmalıdır ki, kapital ölkənin daxilinə sərf olunsun".

Məlumata görə, bu barədə deputat Tahir Kərimli parlamentin bugünkü plenar iclasında 2018-ci ilin dövlət zərfinin müzakirəsi zamanı bildirib.

"Azərbaycan hər il 450 mln. dollar həcmində, büdcə kəsirimiz qədər nəzərdə tutulmayan bonus ala bilir. Büdcənin xərclər hissəsini artırmaq mümkündür. Xərclərdəki artımı da 20%-ə yüksəltmək olar", - deyə millət vəkili əlavə edib.

Deputat bildirib ki, parlamentdə təmsil olunan partiyalara büdcədən ayrılan vəsait artırılmalıdır: "Bunun nəticəsində müəyyən qədər aktiv əhali işlə təmin oluna bilər"./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar