Azərbaycanda koronavirusa yoluxanların sayı azalıb
22.11.2021 321 0.0 0

Nazirlər Kabineti yanında Operativ Qərargah 22.11.2021 tarixi üçün COVİD-19 infeksiyasına yoluxma, ölüm, aparılan testlər və vaksinasiya haqda məlumatını açıqlayıb.

Qazeta.info Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata əsasən bildirir ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 825 yeni yoluxma faktı qeydə alınıb, 1283 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxan 33 nəfər isə vəfat edib

İndiyədək ölkədə ümumilikdə 574 799 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 539 494 nəfər müalicə olunaraq sağalıb, 7 657 nəfər vəfat edib, aktiv xəstə sayı 27 648 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6199, ötən müddət ərzində isə ümumilikdə 5 449 379 test aparılıb.

Bundan başqa verilən məlumata görə, ümumilikdə respublika üzrə 10 292 495 vaksin vurulub. Bunlardan 5 050 605 vaksin birici doza kimi, 4 524 851 vaksin isə 2 ci doza kimi vurulub.  "Buster" doza vaksinlərin ümumi sayı isə 717 039 - dir.

Bunlardan 61 vaksin bu gün aparılan vaksinasiyanın payına düşür. Bildirək ki, bu gün 3 vaksin birinci doza, 10 vaksin isə ikinci doza kimi istifadə olunub. Bu gün 48 vaksin isə "Buster" doza kimi istifadə olunub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar