Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı
20.11.2021 345 0.0 0

Nazirlər Kabineti yanında Operativ Qərargah 20.11.2021 tarixi üçün COVİD-19 infeksiyasına yoluxma, ölüm, aparılan testlər və vaksinasiya haqda məlumatını açıqlayıb.

Qazeta.info Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata əsasən bildirir ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1763 yeni yoluxma faktı qeydə alınıb, 2 499 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxan 20 nəfər isə vəfat edib

İndiyədək ölkədə ümumilikdə 572 085 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 535 674 nəfər müalicə olunaraq sağalıb, 7 599 nəfər vəfat edib, aktiv xəstə sayı 28 812 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 271, ötən müddət ərzində isə ümumilikdə 5 431 440 test aparılıb.

Bundan başqa verilən məlumata görə, ümumilikdə respublika üzrə 10 267 178 vaksin vurulub. Bunlardan 5 047 093 vaksin birici doza kimi, 4 519 516 vaksin isə 2 ci doza kimi vurulub.  "Buster" doza vaksinlərin ümumi sayı isə 700 569 - dir.

Bunlardan 33 072 vaksin bu gün aparılan vaksinasiyanın payına düşür. Bildirək ki, bu gün 4482 vaksin birinci doza, 6842 vaksin isə ikinci doza kimi istifadə olunub. Bu gün 21 748 vaksin isə "Buster" doza kimi istifadə olunub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar