Azərbaycanda klinikada İNANILMAZ HADİSƏ – Baş həkimi ölümcül hala saldılar
06.08.2019 602 0.0 0

Ötən gün umqayıt şəhərində yerləşən özəl klinikalardan birində bıçaqlanma hadisəsi baş verib.

Məlumata görə, axşam saatlarında Sumqayıt şəhəri Səməd Vurğun küçəsi, 163A (Göyərçin abidəsi ilə üzbə-üz) ünvanında yerləşən "Sum Modern Dental Clinic”də həkim işləyən Pərviz İbrahimov klinikanın baş həkimi Şahin Baxşəliyevə bıçaqla hücum edib. P.İbrahimov baş həkimin otağına daxil olaraq bıçaqla ona çoxsaylı zərbələr endirib.

Ş.Baxşəliyev ağır vəziyyətdə başqa xəstəxanaya çatdırılıb və orada əməliyyat edilib. Onun vəziyyəti ağır olaraq qalır.

Hadisəni törədən həkim artıq saxlanılıb. O, baş həkimi işlətdiyi ağır ifadələrə görə bıçaqladığını deyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş açılıb, araşdırmalar davam etdirilir./publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar