Azərbaycanda ilin toyu və ilin nikahı! (FOTO)
23.04.2015 718 0.0 0

Azərbaycanda fiziki məhdudiyyətli şəxsin toy fotoları sosial şəbəkələrdə rezenans yaradıb. 

Məlumata görə, 34 yaşlı Zaur Seyidzadənin toyu bir neçə gün əvvəl baş tutub. Fotolarda göründüyü kimi paytaxtın şadlıq saraylarının birində toy məclisində sənətçilərdən Nüşabə Ələsgərli və Elza Seyidcahan iştirak edib. 

Əlil arabasında oturan bəylə fiziki cəhətdən heç bir qüsuru olmayan gəlinin toy şəkilləri ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.

Zaur Seyidzadənin Facebook səhifəsində paylaşılan fotolara olduqca müsbət reaksiyalar verən izləyicilər bu toyu ilin toyu, onların nikahını isə ilin nikahı adlandırıblar.

"Foto hər şeyi deyir. Zaur çox bacarıqlı və dəyərli insandır. Xanımı haqqında yalınız bunu demək olar; Budur Azərbaycan xanımı! Bu foto ilin fotosu, bu nikah ilin nikahı deyilmi?" 

34 yaşlı Zaur bəy ali təhsillidir. O, Bakı Dövlət Universitetini bitirib. Zaur Seyidzadə "Valideyn Himayəsindən Məhrum olan Uşaq və Gənclərə Yardım" İctimai Birliyinin QHT təmsilçisi kimi təqdim edilir. /anspress/

 

 

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar