Azərbaycanda iki məktəbli arasında bıçaqlanma hadisəsi baş verib
31.10.2016 508 0.0 0

Şəmkirdə bıçaqlanma olub.

 

Məlumata görə, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb.

 

Kənd sakini 2000-ci il təvəllüdlü 10-cu sinif şagirdi Ceyhun Məmmədov oxuduğu məktəbin qarşısında həmin məktəbdə oxuyan 11-ci sinif şagirdi tərəfindən bıçaqlanıb.

 

Yaralı dərhal Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Əməliyyat edilən 16 yaşlı məktəblinin vəziyyətinin ağır qiymətləndirilir. Cinayəti törədən məktəblinin saxlanılması istiqamətində əməliyat tədbirləri həyata keçirilir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar