Azərbaycanda hərbi helikopter qəzaya uğradı, ölənlər və yaralananlar var
30.11.2021 617 0.0 0

Bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin  hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramışdır. Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var. 

Qazeta.info xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerindədir. Hadisə ilə əlaqədar birgə araşdırma tədbirləri həyata keçirilir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar